Bələdiyyələrlə iş baş idarəsi Bakı bələdiyyələrin iştirakı ilə növbəti seminar-təlimlər təşkil olunub
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə növbəti seminar-təlimlər təşkil olunub.
Videokonfrans
formatında keçirilən təlimlər “Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və
kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların
qəbulu işinin düzgün təşkil edilməsi və bələdiyyələrin fəaliyyətində aşkarlıq”
və “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan etimadının
yüksəldilməsində əsas amil kimi” mövzularını əhatə edib.
Ümumilikdə
45 nəfərin iştirak etdiyi təlimlərdə yerli özünüidarəetmədə kollegiallıq
prinsipinin mahiyyəti, iclasların çağırılması və keçirilməsi qaydaları, qəbul
edilən qərarların və protokolların qanunvericiliyə uyğun tərtibi barədə ətraflı
məlumat verilib.
Eyni
zamanda, vətəndaş məmnunluğunun prioritet istiqamət kimi müəyyənləşdirilməsi,
xüsusilə həssas qruplara aid şəxslərin qəbuluna diqqətin artırılması, şəffaflıq
və hesabatlılığın təmin olunması, korrupsiya riskləri və onların qarşısının
alınması mexanizmləri izah olunub və müvafiq tövsiyələr verilib.
Təlimlərdə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bələdiyyələrlə iş baş idarəsi
Rəylər
0 Rəy